Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Bu qətnamə qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib - Qənirə Paşayeva

19:15  |    14 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ Senatının qondarma erməni soyqırımı haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq.

Bunu Qaziler.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 12-də ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını şərh edərkən bildirib.

Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha çox ciddi kölgə düşürdü. Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Hətta yox dərəcəsində idi.

Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik. Xocalı soyqırımı həqiqətlərini daha geniş duyurmalıyıq dünyaya ki əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini daha geniş anlada bilək. Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nə bahasına olursa-olsun öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər. Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təqdiqləməsi bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki Trampın bu addımı atacağına isə ümid çox azdır. O, Türkiyənin qardaş ölkəmiz üçün çox önəmli olan bir sıra millli maraqlarından vazgeçməsini istəyəcək. Budur əslində ABŞ-ın gerçək siması. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Dünyanın hər yerində yaşayan insanlarımızı qondarma erməni soyqırımı yalanları ilə mübarizəni daha da gücləndirməyə çağırırıq.İşğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq buna başlayıblar. Ona görə də bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik bütün Türk millətinin evladları olaraq. ABŞ prezidentinin də bu qərarı təqdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
17.01.2020
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17.01.2020
Ayın sonunadək Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək
17.01.2020
Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib
15.01.2020
“Vətəni işğal altında olan gəncin əylənməyə haqqı yoxdur!”