Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Yol polisi əlil sürücünün saxlanılmasına aydınlıq gətirdi

19:46  |    12 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az - a bildirilib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb.

Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı 99 yaşında vəfat edib
05.08.2020
Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı
05.08.2020
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək
05.08.2020
Sentyabr ayından yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
05.08.2020
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO