Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib

17:54  |    10 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


“Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə növbəti istehsalat müşavirəsi keçirilib.

Birlikdən Qaaziler.az -a bildirilib ki, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev 2019-cu il üçün nəzərdə tutulan qazlaşdırma işlərinin əksəriyyətinin tamamlandığını bildirib. O deyib ki, ötən illə müqayisədə şikayətlərin sayında azalma müşahidə olunur. Lakin bununla yanaşı, bəzi problemli məsələlər qalmaqdadır ki, onların da aradan qaldırılması üçün operativ fəaliyyət təmin edilir.

Bütün struktur bölmələrin qarşısında qoyulan tapşırıqların həllinə dair gördükləri işlər qənaətbəxş hesab olunub. Bir daha rəhbər işçilərə abonentlərin üzləşdiyi hər hansı bir texniki problemin həllinin operativ həll olunması göstərişi verilib.

R.Əliyev kollegiya iclasında müvafiq qurumlar, o cümlədən regional idarələrə qış mövsümünün başlanması ilə bağlı gündəlik qaza olan tələbatın dərhal tənzimlənməsi, abonentlərin qazdan təhlükəsiz istifadəsi haqda maarifləndirmə işlərinin aparılması, şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakının təmin olunması, yeni quraşdırılan sayğacların istifadəsi haqda abonentlərə ətraflı məlumatların verilməsi istiqamətində tapşırıqlar verib.

“Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Xarici İşlər Nazirliyi koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
24.01.2020
Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək
24.01.2020
Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24.01.2020
Sabahın hava proqnozu açıqlanıb
24.01.2020
Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib