Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu

21:15  |    10 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Dekabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti görüşü keçirilib.

Dövlət Komitəsindən Qaziler.az -a verilən məlumata görə, sədr Rövşən Rzayev əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşla növbəlilik prinsipi əsasında fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Onlara bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Görüşdə olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşlarla görüş hər həftənin çərşənbə axşamı günü keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Xarici İşlər Nazirliyi koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
24.01.2020
Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək
24.01.2020
Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24.01.2020
Sabahın hava proqnozu açıqlanıb
24.01.2020
Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərinə münasibət bildirib