Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

ADİU-da elektron sənəd dövriyyəsinin təqdimatı keçirilib

15:58  |    05 İyun 2015  |   E-mail  |  Çapa göndər

Qaziler.az saytı xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron sənəd dövriyyəsinin təqdimatı keçirilib. Tədbirə Azərbaycanın İKT sahəsi üzrə ekspertləri və digər ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.
Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, elektron sənəd dövriyyəsinin tətbiqi ilə universitetin kargüzarlıq sistemində kağızdan istifadə tamamilə ləğv olunub.

Ə. Muradov əlavə edib ki, “Doc.net” proqram təminatı əsasında hazırlanan yeni sənəd dövriyyəsi qənaətçillik, çeviklik və şəffaflıq baxımından xeyli faydalıdır. O, digər universitetlərə də elektron sənəd dövriyyəsinin tətəbiqi istiqamətində köməklik göstərməyə hazır olduqlarını bildirib.

Mərasimdə “Ultra” şirkətinin nümayəndələri ADİU-da tətbiq edilən elektron sənəd dövriyyəsinin fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat veriblər. Bildiriblər ki, sistem Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a tam uyğunlaşdırılıb.

İştirakçılara məlumat verilib ki, sistem üzərindən dünyanın istənilən yerindən sənədə icazə almaq, imzalamaq və ya gözdən keçirmək mümkün olacaq. Qeyd olunub ki, mobil cihazlar vasitəsilə də sistemə qoşularaq bu imkanlardan yararlamaq olacaq. İnterfeysi Azərbaycan dilində olan proqram təminatının təhlükəsizliyi ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.

Təqdimatçılar sistemin hazırlanmasında və istifadəsində Oracle, DELPHİ və Java texnologiyalarından, BULUD platformasından, həmçinin Microsoft, HP, Cisco avadanlıqları,eyni zamanda proqram təminatlarından istifadə edildiyini diqqətə çatdırıblar.

Sonda İKT sahəsi üzrə ekspertlər və Ultra şirkətinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
17.02.2020
Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb
17.02.2020
Deputat Vahid Əhmədov: "Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib" - VİDEO
17.02.2020
Aprel şəhidi Mahir Mirzəyevin doğum günüdür
17.02.2020
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib