Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular

11:18  |    10 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanın paytaxtı Moskva şəhərində WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.

Qaziler.az “Report”-a istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionatında Azərbaycan “Powerlifting” idmançıları tam heyətlə iştirak ediblər.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, vitse-prezident Rüfət Ağayev və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub.

Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.

Bundan başqa, xanım idmançımız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kq), Ramil Əhmədov (-90 kq), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kq) qızıl medal qazanıb.

Ramin Rzayev (-75 kq), Əli Əsgərov (-82 kq), Hafiz Verdiyev (-100 kq) və Aydın Hümbətov (-110 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kq nəticə ilə dünya rekorduna imza atıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
21.01.2020
Sabiq komandirin nəvəsi çempion oldu
18.01.2020
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18.01.2020
Rusiyalı idmançı millimizdən qovuldu
14.01.2020
Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”