Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

DİN: Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı materiallar prokurorluğa göndərilib

13:04  |    09 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlıların valdeyn işgəncəsinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətini rəis müavini Orxan Mansurzadə APA-ya açıqlamasında qeyd edib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102 xidməti”nə zəng edərək mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Qulu və Hüseynin ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib.

Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb, hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.

Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütamədi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, sosial şəbəkələrdı N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Anar da iddiasını ortaya qoydu: Namizəd olacam!
24.01.2020
Xarici İşlər Nazirliyi koronavirusla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
24.01.2020
Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək
24.01.2020
Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - RƏSMİ
24.01.2020
Sabahın hava proqnozu açıqlanıb