Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA

21:36  |    07 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


“Xəzər” TV qurumda rəhbərlik dəyişikliyi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Xəzər” TV MMC-dən Oxu.Az-a bildirilib ki, son günlər “Xəzər” TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır:

“Bəzi informasiya saytları xüsusi canfəşanlıqla guya “Xəzər” TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin aparıldığı ilə bağlı məlumatlar yayırlar. Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa mənbədən aldıqlarını iddia edirlər. Amma “Xəzər” TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir”.

“Xəzər” TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. “Xəzər” TV əvvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”,- deyə TV-dən qeyd ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Ceyhun Bayramov Ərdağanla görüşəcək
11.08.2020
Sabahın HAVA PROQNOZU
11.08.2020
“Qarabağ” dayaq blokunun tikintisi başa çatıb - RƏSMİ
11.08.2020
Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilib - FOTO
11.08.2020
Daha bir aparıcıya nazirlikdə vəzifə verildi - FOTO