Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6652

Digər sorğular

Ağ Siçan ilinin PROQNOZU: 2020-ci il nə vəd edir? - ŞƏRQ ULDUZ FALI

23:41  |    06 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


İnsanlar möcüzəyə inanırlar.

Yeni il ərəfəsi bu inanc bir az da xüsusiləşir. Təzə ildə hamı bir-birinə möhkəm can sağlığı, nağıllardakı kimi var-dövlət, sonsuz, bitib-tükənməyən sevgi arzulayırlar. Bəs Şərq təqvimi ilə Ağ Siçan üzərində təhvil olacaq 2020-ci ildə bürcləri nə gözləyir?

Qaziler.az Rusiyadakı Elmi Astralogiya məktəbinin rəhbəri, astroloq Sergey Bezborodnının 2020-ci il üçün proqnozunu təqdim edir:

Siçan

Siçan ilində anadan olanlara Ağ Siçan böyük imkanlar və maksimum nailiyyətlər vəd edir. Axı bu il onların ilidir. Bu ildə bütün bürclər onu əhatələyəcək, ona görə də həyatın bütün sahələrində onu uğur gözləyir. Bu il Siçan ilində doğulanlar xüsusilə şanslı olmalıdır. Səylərinizi artırın.

Öküz

Önümüzdəki ildə Öküzlərə ancaq həsəd aparılacaq. Məsələ bundadır ki, Öküz Siçanın gizli dostudur. Çin fəlsəfəsinə görə, belə dostluq əlavə gizli imkanlar verir. 2020-ci ildə Siçan özünün gizli dostuna maliyyə sektorunda uğur və karyerada diqqətçəkən irəliləyiş vəd edir.

Pələng

Bu bürcün nümayəndələri üçün də gələn il düşərli olacaq. 2020-ci il Pələnglər ehtiyat etmədən dostlarına güvənə bilər, onlar sizə demək olar ki, bütün sahələrdə kömək edəcəklər.

Dovşan

Ancaq Dovşanlar üçün növbəti il çox gərgin keçəcək. Bu gəmirici ənənəvi olaraq Siçan ilə qarşıdurma yaşadığı üçün onu müəyyən təhlükələr gözləyir. Xüsusilə rəsmi orqanlarla problemlər və düşmənlərin hücumları olacağı ehtimalı var.

Əjdaha

Əjdahaları xeyirli il gözləyir. Bu bürc altında doğulanlar öz səylərini daha çox bilik əldə etməYƏ, öz daxili aləmini zənginləşdirməyə yönəltməlidirlər, eyni zamanda səyahətə daha çox vaxt ayırmaq məsləhət görülür.

İlan

İlanlar onlarçün neytral olacaq ili qarşılaya bilərlər. Düzdür, İlan ilində doğulanlar daha çox müsbət emosiyalar alacaqlar. Amma onlar daha çox sağlam həyat tərzinə meyl etməli, idmanla məşğul olmalıdırlar.

At

At Siçanla açıqdan-açığa tərs-mütənasibdir. Ona görə də 2020-ci ildə yaşayış yerini, tərəf-müqabili dəyişmək məsləhət görülmür. İstənilən dəyişiklikdən qaçın. Yaxşı olar ki, oturduğunuz yerdə oturun, ətrafınızı da dəyişməyin.

Qoyun

Qoyun ilində doğulanlar üçün Siçan ili əlverişsiz olacaq. Gizli nifrət edənlərin və paxılların aktivləşəcəyi gözlənilir. Buna görə də xüsusilə ehtiyatlı olmaq gərəkdir. Qoyun pulla da ehtiyatlı davranmalıdır. Belə ki, kredit götürmək məsləhət görülmür. Əlinizi möhkəm tutun, havayı pul xərcləməyin. necə deyərlər, qazları hürkütməyin.

Meymun

Meymun ilinin nümayəndələri növbəti ildə uşaq doğuşuna görə rekord qıracaqlar. Onları şəxsi həyatda uğur gözləyir, möhkəm, sağlam ailə qurmaq üçün yaxşı həyat yoldaşı tapmaq şansı yaranacaq. Bir sözlə, şəxsi həyatı yoluna qoymaq üçün bundan gözəl vaxt tapmayacaqsız. Bacarığınızı səfərbər edin!

Xoruz

Xoruz ilinin nümayəndələri yeni ildə qanunun tələblərinə mümkün qədər ciddi riayət etməlidirlər. Cinayətkarlarla toqquşma ehtimalı ola bilər. Bununçün Xoruzlar şübhə etdikləri tanışlıqlardan və tədbirlərdən uzaq olsalar yaxşıdır. İradənizə zidd olaraq bəzi qanundankənar işlərə sürüklənə bilərsiniz, buna görə də yol hərəkət qaydaları da daxil olmaqla bütün məsələlərdə həssas və diqqətli olmalısınız.

İt

İtlər üçün qarşıdan gələn il xoşagələn, pozitiv olacaq. Bu, xüsusilə, təhsil, elm və informasiya texnologiyalarına aiddir. Bu ilin nümayəndələri arasında olan tələbələrin, alimlərin və jurnalistlərin bəxti daha çox gətirəcək. Bundan başqa, əksər İtləri möhkəm dostluq vəd edən yeni tanışlıqlar gözləyir.

Donuz

Bu ildə doğulanlar 2020-ci ildən çox da yaxşılıqlar gözləməsinlər. Ümumilikdə il onlar üçün əlverişsizdir. Elə əvvəldən yaxşı fürsətləri qaçıracaqlar. Donuz ilinin nümayəndələrinə yeni ildə fəaliyyət sferasını dəyişmək məsləhət görülmür. Rəhbər mövqeyə çatmağa çalışmayın, nə işlə məşğul olmusunuzsa onunla da sakitcə davam edin. İstənilən başlanğıc üçün il uğursuzdur.

QAZİLER.AZ

Siçovul ili - 鼠年 (子) 2008, 1996, 1984, 1972, 1960, 1948, 1936, 1924
Buğa ili - 牛年 (丑) 2009, 1997, 1985, 1973, 1961, 1949, 1937, 1925
Pələng ili - 虎年 (寅) 2010, 1998, 1986, 1974, 1962, 1950, 1938, 1926
Dovşan ili - 兔年 (卯) 2011, 1999, 1987, 1975, 1963, 1951, 1939, 1927
Əjdaha ili - 龙 年 (辰) 2012, 2000, 1988, 1976, 1964, 1952, 1940, 1928
İlan ili - 蛇年 (巳) 2013, 2001, 1989, 1977, 1965, 1953, 1941, 1929
At ili - 马 年 (午) 2014, 2002, 1990, 1978, 1966, 1954, 1942, 1930
Keçi ili - 羊年 (未) 2015, 2003, 1991, 1979, 1967, 1955, 1943, 1931
Meymun ili - 猴年 (申) 2016, 2004, 1992, 1980, 1968, 1956, 1944, 1932
Xoruz ili - 鸡 年 (酉) 2017, 2005, 1993, 1981, 1969, 1957, 1945, 1933
Köpək ili - 狗年 (戌) 2018, 2006, 1994, 1982, 1970, 1958, 1946, 1934
Donuz ili - 猪 年 (亥) 2019, 2007, 1995, 1983, 1971, 1959, 1947, 1935












Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.01.2020
İki köpəyin komik davası - biri kürəklə vurdu, digəri... - VİDEO
11.12.2019
Stalini necə qoruyurdular? – Rəhbərin mühafizəçilərlə münasibətinə dair təzadlı rəylər
19.11.2019
Nəhəng pitonu ovlamağa çalışan bəbir - VİDEO
18.11.2019
"Hızır Çakırbəyli" ermənilər və vətən xainlərindən danışdı - VİDEO
14.11.2019
Instagramda bağlı hesablara baxmaq istəyənlərin NƏZƏRİNƏ