Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb

21:09  |    05 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar.

APA-nın məlumatına görə, bəyanatda vurğulanıb ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur. Onlar tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar: "Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca zorakılığın nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi diqqətə alır və xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan məsləhətləşmələrində razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi açıqlamada və Nazirlərin 2019-cu ilin Yanvar ayında Parisdə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici işlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan jurnalistlərin qarşılıqlı mübadiləsi və 28 iyun məhbusların eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin qurulmasında mühüm rol oynadığını bildirərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Mövlud Çavuşoğlu: Qardaş Azərbaycan yalnız deyil
11.08.2020
Serbiyalı nümayəndə Azərbaycana gəliş səbəbini və aparılan danışıqları açıqladı
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
07.08.2020
Serbiya prezidenti İlham Əliyevə zəng etdi: Ermənistana satılan silah məsələsi araşdırılacaq
04.08.2020
"Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib