Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

17:27  |    05 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev "Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

AzərTac-ın xəbərinə görə, sərəncamda deyilir:

"2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər".

Sərəncamla Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi
15.01.2020
Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır
15.01.2020
Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil hədiyyə edib