Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”

17:38  |    05 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib, siz artıq bu bəyanatla tanışsınız”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Azərbaycan XİN başçısı ATƏT regiondakı münaqişənin həllinin vacibliyini vurğulayan bütün nümayəndələrə təşəkkür edib.

“Bizim yaydığımız bəyanat mənim ölkəmin mövqeyini əks etdirir. Düşünürəm ki, mənim ölkəmin mövqeyi dəyişməyib, eynidir. Erməni həmkarımın çıxışından sonra işim daha asandır. Erməni həmkarıma məsləhətim budur ki, o, Helsinki Yekun Aktını bir daha oxusun”, - deyə E. Məmmədyarov vurğulayıb.

Xatırladaq ki. Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24.01.2020
Corc Dik: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
23.01.2020
XIN: Ermənistan 20 Yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır
23.01.2020
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23.01.2020
Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib