Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

Bakıda kafedə silahlı insident olub, saxlanılanlar var

12:49  |    02 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi Bakıda kafedə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Qaziler.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Sumqayıtda 15 yaşlı qız itkin düşüb - FOTO
12.08.2020
Türkiyədə zəlzələ oldu, Naxçıvanda hiss edildi
12.08.2020
Ermənilər Livandan gətirildi - SAYLARI
11.08.2020
Belaruslu avtoritet Lotu Qulidən dəstək istədi – Kriminal aləmdə növbəti konflikt
11.08.2020
Bakıda ata 2 yaşlı oğlunu öldürmək istəyib - RƏSMİ