Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib

23:39  |    30 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazir proqram iştirakçıları ilə görüşündə özünüməşğulluq proqramının əsas məqsədinin işsiz və işaxtaran vətəndaşların kiçik ailə biznesinə yiyələnmələri olduğunu vurğulayıb. S.Babayev proqram əsasında aktivlərlə təmin edilmiş vətəndaşların bu dövlət dəstəyindən düzgün və səmərəli istifadə edərək, uğurlu nəticələrə nail olacaqlarına əminliyini ifadə edib.
Proqram iştirakçıları aztəminatlı ailələrə göstərilən bu böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, öz təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.
Kürdəmir rayonunda bu ilin ötən dövründə 140 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Hazırda bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi, həmçinin proqrama cəlb edilənlərin aktivlərlə təminatı prosesi davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir
17.01.2020
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
16.01.2020
Daha 250 ailə üçün intensiv meyvə bağları salınıb
15.01.2020
Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb