Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına

13:51  |    28 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə İTV-də yayımlanan “3D” proqramında Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən danışıb.

Sənətçi Xalq artisti Afaq Bəşirqızını dəstəkləmədiyini söyləyib:

“Qurultayda var idim. Orada Əbülfəs Qarayev çıxış etdi. Həmin vəziyyətdə Afaq xanım durdu getdi. Bilmədim, nə mənada idi. Bəlkə, Afaq xanımın ürəyi vəzifə istəyir.Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar”.

Qeyd edək ki, Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk etmişdi. Aktrisa daha sonra jurnalistlərə açıqlamasında hər şeyin senari üzrə getdiyini bildirmişdi:

“O, bunu tərifləyir, bu, onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm: Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi
15.01.2020
Qarabağla bağlı dünya səviyyəli filmimiz yoxdur - Kinorejissor səbəbini açıqlayır
15.01.2020
Prezident İlham Əliyev kino tədqiqatçısına mənzil hədiyyə edib