Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Abşeronda qardaşın bacısını qətlə yetirməsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

10:12  |    25 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.03.2020
Azərbaycan-İran sərhədinin bağlanması müddəti uzadıldı - RƏSMİ
13.03.2020
Prezident Aqiyə Naxçıvanlını təltif etdi - SƏRƏNCAM
02.03.2020
Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
28.02.2020
Azərbaycan Misirə başsağlığı verdi
28.02.2020
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM