Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

SUŞİ ölümcül təhlükəlidir - Alimlərdən XƏBƏRDARLIQ

19:49  |    22 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər.

TurpKimi.com “topnews.ru”ya istinadən bildirir ki, “Telegraph” nəşri suşinin insan orqanizmi üçün təhlükəsi barədə geniş material dərc edib.

Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub.

Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan “vibrio alginolyticus” bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər.

Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilirlər.

Alimlərin delfinlər üzərində apardıqları uzunmüddətli müşahidələr zamanı müəyyən edilib ki, heyvanların orqanizmindəki “məhvedilməz” bakteriyalar 2009-15-ci illər ərzində ikiqat artıb.

Mütəxəssislər bu sınaqların subyekti qismində delfinlərin seçilməsini həmin məməlilərin dənizlərdə yaşayan bütün digər canlıların indikatoru olmaları ilə izah ediblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Tez-tez köpürsünüzsə, diqqətli olun! Bu ağır xəstəliklərə işarə edir
05.08.2020
Azərbaycanlı alim vərəmə qarşı peyvəndin COVID-19-a təsirlərini açıqladı
04.08.2020
COVID-19-dan sağalanlar başqaları üçün təhlükəlidirmi?
02.08.2020
İmmuniteti gücləndirməyin 5 yolu
01.08.2020
Koronavirus suda məhv olur? - Alimlərin araşdırması