Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb

15:20  |    21 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər: “Ermənistandan olan bir deputat Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ məsələsinin Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqı"nın maraqlarına cavab verməli olduğunu dəfələrlə bildirdiyini açıqladı. Digər erməni deputat isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Bundan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri-şərtsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir əldə edə bilərdi”.

A.Mirzəzadə bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxışında Ermənistan nümayəndələrinin beynəlxalq tədbirdə "Artsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi.

Xatırladaq ki, ötən gün də QDİƏT PA-nın plenar iclasında Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb. Belə ki, Ermənistandan olan bir deputat çıxışında "Artsax"da "demokratik seçki keçirildiyini" elan edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan deputatının siyasi təxribatının qarşısının alınmasını tələb edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində son toqquşmalarla bağlı bəyanat yayıb
13.07.2020
İlham Əliyev Emmanuel Makrona məktub yazıb
13.07.2020
Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
13.07.2020
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yayıb
13.07.2020
Elmar Məmmədyarov həmsədrlərlə danışıb