Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"

14:29  |    21 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Ötən həftə Fransada Ermənistanın baş naziri Nikol Paşinyanla bir beynəlxalq tədbirdə görüşən və ona sərt suallar ünvanlayan ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu həftə Milanda Paşinyanın çıxış etdiyi kilsəyə daxil olaraq, onunla polemikaya girən Ata Abdullayevin hərəkətinə dair fikirlərini yazıb.

Qaziler.az B.Hacıyevin bununla bağlı feysbukdakı paylaşımını təqdim edir:

"Məncə, əlavə şərhə ehtiyac yoxdur. Bir balaca ağlı olan, prosesləri müşahidə edən insan üçün aydındır nə baş verir. "Bəxtiyar Hacıyev Paşinyana sual verdi, ictimaiyyət təqdir etdi, Bəxtiyarın qarşısını almaq cəhdləri uğursuz oldu, hələ üstəlik İTV-yə çıxdı. Davay, göndərək Ata Abdullayevi, şüvən salsın, beləcə də bütün yaxşı şeylər kimi bu fəaliyyətlərin də içinə kaka edək, heç kim daha belə şeylər edib, özünü Ata ilə müqayisə etdirməsin". Kaka elədilər də.

Necə ki, yanvar-mart aylarında prezidentlə bağlı "islahatlara başlayıb" fikri yayılanda, 50-dən çox siyasi məhbus azadlığa buraxılanda birdən-birə Ata Abdullayev Vyanada prezidentin olduğu binaya düşdü, onunla fotosu çəkildi, dərhal da bütün tənqidçilərin inboxuna göndərildi ki, "bu da sizin islahatçınız" fikri yayılsın.

Mənə "Bəxtiyar gərək orada aqressiv olardı, Paşinyanı sual atəşinə tutub, moizəsini dinləməzdi, ona pas verdi" kimi mənasız iradlar bildirən ağzıgöyçəklər gördülər dünən "iş"lərinin nəticəsini. Haqqın.az məni tənqid edib, bu rüsvayçılığı manşet xəbər kimi verdi. Əgər mənimlə Paşinyan arasında söhbətdən sonra Paşinyan fırlanıb, gəlib, mənimlə görüşdüsə, gülərüz sağollaşdısa, auditoriyadakılar bizi sivil, mədəni, yeri gələndə qələm uzadaraq da olsa, incə jest edən xalq kimi tanıdılarsa, dünən bütün erməni saytları Ata timsalında Azərbaycan xalqını səviyyəsiz, ədəbsiz, tərbiyəsiz, şüvən xalq kimi təqdim etdi.

Nəhayət, Ata Paşinyana iki böyük pas atdı ki, Paşinyan Azərbaycanın eks prezidenti A.Mütəllibovun ağzından "Xocalı qətliamını özünüz törətmisiniz" desin və Azərbaycanın indiki prezidenti barədə "sizin prezidentinizin olduğu yerə erməni yaxınlaşıb, sual verə bilməz" fikrini səsləndirsin. Mən hələ işğalçı ölkə liderinə yalvarmağını, bu prosesi lentə almaq üçün dəridən-qabıqdan çıxmağını və başqa şeyləri demirəm.

Ata və onu ora göndərənlər dünən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycanın nüfuzuna və gələcəyimizə böyük bir zərbə vurdular. Onu və onun ağılda, mədəniyyətdə, əxlaqda olan adamları adam içinə çıxaranlar da elə o ağıldadır.

Bu gün on minlərlə gənclər layiq olduqları yerlərdə deyilsə, bu onların günahları deyil. Bu, bir çoxlarının layiq olduqları yerlərdən yuxarılarda olmasının nəticəsidir. Ata və onu ora göndərənlərin olduğu kimi".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
06.12.2019
Qərbi azərbaycanlıların deportasiyasının 31 ili
06.12.2019
Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
05.12.2019
Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”