Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar"

11:27  |    21 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


"Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının səbəblərindən biri də çoxsaylı boşanmalardır. Çünki belə ailələr arasında münaqişələr və kobud rəftarlar baş verir. Uşaqlar da bunu həm görür, həm də şiddətə məruz qalırlar".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

E.Süleymanova bildirib ki, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri də məlumdur: "Səbəblərdən biri qaçqın və məcburi köçkün ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, uşaqlara təsirsiz ötüşmür".

O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travma yaradır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir, onlarda güclü psixoloji stresslərə səbəb olur. Bundan başqa, bəzən erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər. Belə faktlar az sayda olsa da, Azərbaycanda da müşahidə olunur. Belə körpələr də fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır"
07.12.2019
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
07.12.2019
UNEC-də “Vətən məndən başlanır” sosial layihəsinin təqdimatı keçirilib
06.12.2019
Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək
06.12.2019
Rəmişdən ermənilərlə bağlı gözlənilməz ifadə - "Onlar da bizim balalarımızdır..."