Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır

16:51  |    20 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


İkinci Qarabağ savaşından çıxaracağımız əsas nəticə - Rusiya amilini təsirsiz hala gətirə bilsək...; ABŞ-dakı ən nüfuzlu yəhudi təşkilatının rəsmisi: “Qarabağ icması nümayəndələrinin çıxışlarından çox təsirləndik...”

Bakıda ötən həftə keçirilən Dünya dini liderlərinin II Zirvə Toplantısı Azərbaycanın həm də digər dini konfessiyalara, dini azlıqlara və inanclara qarşı tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Qarabağ münaqişəsinin guya dini çalarlı olduğu, Dağlıq Qarabağ ermənilərinin xristian olduğu üçün sıxışdırılması haqda vaxtaşırı səslənən iddialar növbəti dəfə alt-üst edildi. Bakı forumu eyni zamanda Qarabağ gerçəyini dünyaya bəyan eləmək üçün növbəti, mühüm platforma rolunu oynadı.

Azərbaycan prezidenti İlham Əliyev sammitdəki çıxışında Qarabağ probleminin yeganə həll yolunun ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən ibarət olduğunu bir daha bəyan elədi. Bu, erməni xalqı ilə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə də çağırış idi ki, konfliktin başqa - işğalçını məmnun edən həll yolu axtarışına boş yerə vaxt sərf eləməsinlər. Problemin həllində beynəlxalq hüququn təməl prinsipi olan ərazi bütövlüyü prinsipini və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrini əsas götürsünlər, bütövlükdə beynəlxalq hüquqa sayğılı olsunlar.

Xüsusən də Ermənistan rəhbərliyi, nəhayət, anlamalıdır ki, status-kvonun uzanması yeni müharibə təhlükəsini artırmaqla bərabər, işğalçı ölkənin özünün savaşsız-filansız iqtisadi çöküşünü daha da yaxınlaşdıracaq. Onun blokadasını bir az da ağırlaşdırmaqla bərabər, hər hansı inkişaf şansını sıfırlayacaq. Çünki nə qədər ki, iki əsas qonşu ölkə - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır, Ermənistan “izqoy” (“tullantı”) ölkə olaraq qalacaq - Rusiyanın göstərdiyi köməkliklərə rəğmən.

Ermənistanın xarici aləmlə əlaqə yaratdığı digər iki qonşusu - Gürcüstan və İranda baş verən son hadisələr bu həqiqətə növbəti dəfə öz “möhürü”nü basmış oldu. Bundan az öncə Gürcüstandan keçən avtomobil yolunun (Yuxarı Lars) bağlanması səbəbindən Ermənistana Rusiyadan ərzaq yüklərinin, o cümlədən ərzaq buğdasının daşınmasında fasilə yaranmışdı. Bu problemdən də tək çıxış yolu Qarabağ ixtilafının tezliklə həlli və sərhədlərin açılmasıdır.

“Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır”. Bu barədə Politik.am saytındakı yazıda deyilir. Sayt Gürcüstan və İranda baş verən nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib: “Bu sadə olmayan hadisələr Ermənistana güclü zərbə ola bilər. Çünki Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Mövcud vəziyyətdə İrəvan situasiyanı müşahidə eləməkdən artıq heç nə edə bilməz”.

Məqalədə Ermənistan üçün vacib faktorun Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ola biləcəyi də qeyd edilir.

*****

Türkiyə faktoru, Ankara-Moskva münasibətləri sözsüz ki, Qarabağ ixtilafının dinc yolla həllinə də təsir edə bilər. Bir çox təhlilçilərə görə, qardaş ölkə Rusiya ilə əlaqələrin dinamik inkişafından istifadə edib Moskvanın Dağlıq Qarabağ məsələsində daha ədalətli mövqe tutmasını, yaxud Qarabağ savaşında heç olmasa, neytral qalmasını təmin edə, demək, konfliktin həllini yaxınlaşdıra bilər.

Yeri gəlmişkən, bu arada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması rəhbərliyinin Türkiyəyə səfəri başlayıb. Bunu mətbuata açıqlamasında icmanın sədri Tural Gəncəliyev bildirib. O qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles (ABŞ) səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır.

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlikdə Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik”, - deyə o vurğulayıb.

Səfərdən bir gün qabaq isə nümayəndə heyəti ABŞ-ın Los Anceles şəhərinə səfər çərçivəsində ABŞ-ın ən qədim yəhudi təşkilatı olan nüfuzlu Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin rəhbərliyi ilə görüşüb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, konsulluğun təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən AYK-nin Los Anceles bölməsinin prezidenti Skot Edelman hər kəsi salamlayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyətini qəbul etməkdən şərəf duyduqlarını ifadə edib. Edelman təmsil etdiyi təşkilat haqqında məlumat verərək, AYK-in nəinki yəhudi xalqı üçün, bütün insanlar üçün təhlükəsiz gələcək qurmaq istiqamətində çalışdıqlarını bildirib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb. T.Gəncəliyev bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından didərgin salınmasını böyük bir hüquq pozuntusu və ədalətsizlik adlandıraraq, Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlığın tezliklə aradan qaldırılmalı olduğunu dilə gətirib.

Nümayəndə heyətinin üzvləri - Gülməmməd Məmmədov və Xocalı şahidi Dürdanə Ağayeva öz çıxışlarında Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin çəkdiyi iztirablardan danışaraq, öz həyat hekayələrini bölüşüblər. Sonra AYK-nın Los Anceles üzrə regional direktoru Riçard Hirşaut çıxış edərək, natiqlərin çıxışlarından çox təsirləndiklərini bildirib və bu faktları təşkilat üzvləri ilə bölüşdükləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.

*****

Ancaq Qarabağla bağlı beynəlxalq arenada təbliğati fəaliyyəti gücləndirməklə yanaşı, Azərbaycan ikinci Qarabağ savaşındakı uğusrsuzluğun səbəblərini də daim diqqətdə saxlamalıdır. Ən əvvəl biz Rusiya amilini unutmamalı, onu neytrallaşdırmağın effektli yolunu tapmalıyıq. Bir yolu deyildi - Ankaranın Moskvaya təsirinin artması.

Bu xüsusda Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın Qarabağ müharibəsinə son açıqlamaları diqqət çəkir (Virtualaz.org). Məsələn, Baqratyan Ermənistanın Qarabağı Yeqor Qaydarın - Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal etdiklərini deyib. Bildirib ki, Qaydar olmasaydı Qarabağ indi ermənilərin əlində deyildi. Və Baqratyan İrəvanda və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.

Ermənistan televiziyasının “Profile” proqramına müsahibəsində o söyləyib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. “Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir” - Baqratyan deyib. Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarla münasibətləri barədə danışan eks-baş nazir bildirib ki, o, 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur.

Məlumat üçün bildirək ki, Yeqor Qaydar 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutub, maliyyə naziri olub, 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edib. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edib Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi.

Baqratyan deyir: “Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi - red.) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən artıq qərar verilmişdi ki, onlar (azərbaycanlılar - red.) Stepanakertə (Xankəndinə - red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən hələlik bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi - red.)”.

Söhbəti davam etdirən keçmiş baş nazir onu da deyib ki, Yeqor Qaydarın dəstəyi ilə döyüş meydanında balansı təmin etmək mümkün olub. Ona görə də Ermənistan rəhbərliyi Qaydarın “işıqlı xatirəsini” daim əziz tutmalıdır.

*****

Bu açıqlamadan da görünür ki, müharibənin taleyində hərbi üstünlük, özəlliklə havada düşmən üzərində üstünlüyə malik olmaq müstəsna rol oynayır. Müstəqil hərbi araşdırma mərkəzlərinin də etiraf elədiyi kimi, Azərbaycan ordusu bütün bu göstəricilər üzrə işğalçı ölkədən xeyli üstündür.

Söhbət ilk növbədə hərbi-hava qüvvələrindən gedir. Bu və başqa amillərə görə, Azərbaycan ordusu gücünə görə bölgədə 1-ci, dünyada isə 53-cü yerdə qərar tutub (Ermənistan 93-cüdür). Demək, silahlı qüvvələrimiz istənilən an işğalçını darmadağın edib ölkəmizin ərazi bütövlüyünü bərpa edə bilər. Yetər ki, Rusiya neytral qalsın və ya Ermənistana hərbi dəstək verməsin... (musavat.com)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyalı ekspertdən XƏBƏRDARLIQ
07.12.2019
Düşmən atəşkəsi yenə pozub
06.12.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
05.12.2019
27 illik YARA: Türk mediası Qarabağ danışıqlarından yazdı - VİDEO
05.12.2019
Bratislavada Qarabağ müzakirələri - başlamadan nəticəsiz qalan görüş