Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb

09:48  |    20 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Ölənlərin sayının 200-dən çox olması haqqında da məlumatlar var”
“Snayperlər nümayiş iştirakçılarına damlardan atəş açır”

“Reuters” agentliyi “Amnesty International”ın İranla bağlı məlumatını yayıb. Təşkilat bildirib ki, İranda yanacağın qiymətinin birdən-birə 50 faiz qalxması ölkədə kütləvi nümayişlərə səbəb olub. Etirazlar başlayandan indiyə qədər ən azı 106 etirazçı öldürülüb. Etirazlar İranın 21 şəhərini əhatə edir. Bəzi məlumatlara görə isə hökumət qüvvələri ilə qarşıdurma zamanı öldürülənlərin sayı 200 nəfərdən çoxdur.

“Amnesty International” bəyan edib ki, binaların damına yerləşdirilmiş snayperlərlər etirazçılara atəş açaraq, onları qətlə yetiriblər. Hətta helikopterlərdən də insanlara atəş açılıması barədə də məlumatlar var.

Qeyd olunur ki, İranın İnqilab Keşikçiləri Korpusu etirazlar dayandırlmayacağı təqdirdə “qəti addımlar” atacaqlarını bildirmişdi.

“Amnesty International”ın İran hökumətinin dinc nümayişçilərə qarşı hərbi gücdən istifadə etməsini, nümayişçilərə atəş açılmasını pisləyir.

Öldürülmüş şəxslərin meyitləri onların doğmalarına belə verilmir. Ölənlərin heç bir ekspertizadan keçmədən dərhal basdırılması tələb olunur.

İran Ədalət Nazirliyinin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında bildirib ki, ölkədə sakitlik bərpa olunub.

Lakin sosial mediada yayımlanan video-görüntülər bazar ertəsi gecə bir neçə şəhərdə etirazların davam etdiyini göstərir. Təhlükəsizlik qüvvələrinin küçələrə yeridilməsi də aydın görünür. Ancaq sosial mediada yayılan görüntülərin “Reuters” agentliyi tərəfindən reallıq kimi qəbul edilməsi xeyli çətindir.

İran rəsmiləri bildirir ki, təxminən min nümayişçi həbs olunub.

“Reuters” bildirir ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri və polis üzvləri də öldürülüb. Agentlik İran tələbələrinə məxsus “İSNA”agentliyinə istinadən vurğulayır ki, bazar ertəsi Tehran yaxınlığında 3 polis bıçaqlanaraq, qətlə yetirilib. (musavat.com)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
ABŞ səfiri: "Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"
13.12.2019
Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan edib
13.12.2019
ABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərar
12.12.2019
Paşinyan sabiq prezidentlərdən intiqam alır - Hədəf “Qarabağ klanı”dır?