Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

Direktor: “Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”

20:37  |    19 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Babəkin heykəlinin hazırlanmasına başlanılıb”.

Bunu APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov deyib.

Onun sözlərinə görə, heykəlin 8-12 ay müddətinə hazırlanması nəzərdə tutulur: “Artıq lazım olan bürünc material əldə olunub və istehsalat prosesinə başlanılıb. Lakin heykəlin istehsalı heç də asan başa gələn proses deyil, ona görə də müddətin bu qədər uzun olması təbiidir”.

Direktor heykəlin hündürlüyü məsələsinə də toxunub. O qeyd edib ki, heykəlin yerdən başına qədər olan hissəsinin hündürlüyü 10, qılıncına qədər olan hissəsinin isə hündürlüyü 12 metr olacaq.

“Çox ağır və möhtəşəm abidə olacaq. Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”, - deyə B. Hüseynov vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb
13.12.2019
Saxta “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadan şəxs ifşa olunub
13.12.2019
Nazirlik daha 50 əlilə avtomobil verdi
13.12.2019
Prezident İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
13.12.2019
Sabahın HAVA PROQNOZU - ÇƏTİR GÖTÜRÜN