Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6601

Digər sorğular

Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU

18:49  |    18 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Qacar Qafqaza hücum planı hazırlayarkən, əsasən, vaxtilə mövcud olmuş Səfəvilər dövlətinin sərhədlərini bərpa etmək məqsədi güdürdü.

Çox qəribədir ki, Qacarın bu niyyətlərini o vaxtlar Gəncə xanı Cavad xan təxmini də olsa başa düşürdü, Qarabağ xanı isə yox. Ona görə də Cavad xan Azərbaycanla, Qafqazla bağlı planlarını həyata keçirərkən Qacara əl tutdu... Cavad xan Vətən uğrunda həlak oldu. İbrahim xan isə Rusiyanın mahir siyasəti nəticəsində aldandı”. (Bax: V.Arzumanlı “Ağa Məhəmməd şah Qacara işğalçı kimi baxmamalıyıq” məqaləsi, 14 fevral 1992-ci il).

Rusların himayəsinə sığınan, rus qoşunlarını Gürcüstana buraxan gürcü çarı II İrakliyə Ağa Məhəmməd şah Qacar 1795-ci ildə sərt bir ultimatum göndərir. Qacar II İrakliyə xatırladırdı ki, Gürcüstan yüz il İranın itaətində olub, indi necə oldu ki, kafir rusları torpağına buraxmısan. Tədqiqatçı Şəmistan Nəzirlinin araşdırmalarına istinadla Ağa Məhəmməd şahın gürcü çarı II İrakliyə göndərdiyi ultimatum - məktubun mətnini təqdim edirik:
"Bağışlayan, rəhm edən Tanrı adına. Allah hamıdan böyükdür, yüksəkdir, hər şeyi yaradandır.

Bu fərmanı gürcü çarı Əlahəzrətə elan edirik. Bizim mərhəmətimizi gözləyən hökmdarın məlumu olsun ki, yetmiş il bundan əvvəl gürcülərin Qəndəharda törətdikləri əməllər və İranı nüfuzdan salmaq cəhdləri indi artıq hamıya məlumdur.
Zira Şah Sultanhüseyn də artıq sağ deyil, o dünyadadır. Yəqin əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, Siz ruslara yaxınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda ancaq alver etmək məqsədi ilə gəzib-dolaşırlar və elə bütün iş-peşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.

Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol verirsən. Kafirləri torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri kimi davranmağa şərait yaradırsan.

Sizin və bizim dinlərimiz müxtəlif olsa da, ancaq Siz həmişə İranla yaxın və əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır. Ona görə də Siz utanıb xəcalət çəkməlisiniz ki, bu cür işlərə və əməllərə yol verirsiniz. Bu əməllərdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin. Lakin biz öz təəbəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik.

İndi Allahın köməyi ilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən büsbütün əl çəkməlisiniz, ruslarla əlaqələrinizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda çox qısa bir müddətdə Gürcüstanın üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri qılıncdan keçirərək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq. Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən”

Təqdim etdi: Rəşad Sahil


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.12.2019
Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? - YAP-dan AÇIQLAMA
12.12.2019
Bir qrup sakin "Şərurlu İsfəndiyar"dan prezidentə şikayət etdi - KİV-ə müraciət
12.12.2019
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi
12.12.2019
Əsgər qıza zəng edəndə… - Polkovnik nələr yazdı
12.12.2019
Heydər Əliyevin anım günüdür - VİDEO