Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6601

Digər sorğular

Anarın qəribə yuxusu: Sabitoğlunun qəfil ölümü... - 8 fakt

17:26  |    18 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlunun (1937-1994) anım günüdür.

Kult.az Emin Sabitoğlu ilə bağlı 8 maraqlı faktı təqdim edir:

1. Emin Sabitoğlu Azərbaycanın görkəmli dramaturqu Sabit Rəhmanın oğludur.

2. Anası İsmət xanım İrəvanski Azərbaycanın məşhur soylarından, İrəvan xanlarının nəslindəndir.

3. Bəstəkar iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Cəmilə xanımdan ayrıldıqdan sonra müğənni Xədicə Abbasova ilə evlənib.

4. Emin Sabitoğlunun birinci həyat yoldaşından Ceyran adlı bir qızı var. Xədicə Abbasova bir oğul dünyaya gətirsə də, uşaq çox yaşamayıb.

5. Emin Sabiroğlunun özünəməxsus yumoru olub. Rəsmilərin iştirak etdiyi bir toplantıya gələndə milislərin necə ora-bura vurnuxduğunu görən Emin onlardan birinə yanaşır. Ağlına gələn bir soyadı - Kərimovu soruşur. Soruşur ki, yoldaş Kərimov gəlib? Milis maddım-maddım ona baxanda Emin Sabitoğlu eyni ciddiliklə “Gözdə-qulaqda olun, indilərdə gələcək” deyib uzaqlaşır. Milislər də bu müəmmalı “göstərişi” bir-birilərinə yetirirlər.

6. Mərhum xalq şairi Vaqif Səmədoğlu Eminin öz ölümünü sanki hiss etdiyini deyib:

“Emini dostları arasında son görən mən oldum. Onu evə qədər yola saldım. Sağollaşarkən qəfil döndü və əlini qaldıraraq, “Vaqulya” deyə qışqırdı. Ondan heç vaxt bu hərəkəti görməmişdim. Sonra evə qayıtdım. Səhəri gün öyrəndim ki, Emin ölüb. Uzun müddət şokdan çıxa bilmədim”.

7. Xalq yazıçısı Anar Emin Sabitoğlunun ölüm anını yuxuda gördüyünü bildirib:

“Emin Sabitoğlunun atası Sabit Rəhmanın yubileyinə hazırlaşırdıq. Emindən ayrılıb evə getdim. Bir az televizora baxdıqdan sonra yatdım. Yuxuda gördüm ki, Emin vəfat edib. Səhər yuxudan ayılanda gördüm, həyat yoldaşım telefonla danışır. Həmin an bildim... Sonra yoldaşım dedi ki, Emin Sabitoğlu vəfat edib”.

8. Mərhum bəstəkarın həyat yoldaşı Xədicə Abbasova son görüşlərini belə xatırlayır:

“Atası Sabit Rəhmanın yubileyinə görə Türkiyədən Azərbaycana gələcəkdik. Dedim ki, getmə, gözlə 5 gün, sonra birlikdə gedərik. Mənimlə dalaşdı, əlini stola çırpıb, “gedəcəm, vəssalam” dedi. İşdən mənə icazə verilmədiyi üçün tez gələ bilmədim. O, noyabrın 12-də gəldi. Hətta hava limanında bir-birimizdən heç ayrılmaq istəmirdik. Sanki hiss etmişdik ki, bu, sonuncu görüşdü. Dəfələrlə dönüb bir-birimizə baxdıq. Noyabrın 17-si sonuncu dəfə gecə saat 01:00-da onunla telefonda danışdım. Mənim üçün gül bağlatdırdığını dedi. Amma qismət olmadı, 3 saat sonra dünyasını dəyişdi”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2019
Evini satışa çıxaran Xalq artisti: “Anam bizi tanımır”
09.12.2019
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO