Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

41 şəhid ailəsi və müharibə əlilinə ev verildi

10:47  |    18 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) 41 fərdi yaşayış evi bu kateqoriyalardan olan vətəndaşların istifadəsinə verilib.

Nazirlikdən Qaziler.az -a verilən məlumata görə, Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir. Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

M.Kərimli yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır"
07.12.2019
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
07.12.2019
UNEC-də “Vətən məndən başlanır” sosial layihəsinin təqdimatı keçirilib
06.12.2019
Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək
06.12.2019
Rəmişdən ermənilərlə bağlı gözlənilməz ifadə - "Onlar da bizim balalarımızdır..."