Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub

22:57  |    16 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək bürünc medal qazanıb
12.12.2019
UEFA türk futbolçuların əsgər salamı ilə bağlı qərar verdi
12.12.2019
"Qarabağ"ın futbolçusunun cəzası azaldılıb
10.12.2019
Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular
09.12.2019
Milli Qəhrəmanın oğlu dünya çempionu oldu - FOTO