Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18:27  |    16 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi ilə Zərdab rayonunda yaradılmış günərzi qayğı mərkəzində 3-12 yaş arasındakı 30-dan artıq sağlamlıq imkanları məhdud uşaq hərtərəfli qayğı ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az -a verilən məlumata görə, “Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı ekskursiyalar təşkil olunur.

Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə əlaqədar zəruri kömək göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaqla işləmir
12.08.2020
Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu- 2 nəfər ölüb
12.08.2020
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12.08.2020
Prezident İlham Əliyev yeni "London taksi"ləri ilə tanış olub - FOTO