Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?

10:29  |    16 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun etnik mənsubiyyəti son İrəvan səfərindən sonra yenidən Azərbaycanda gündəm olub.

Rusiyada ondan əvvəlki XİN rəhbərlərinin dövründə ermənilərə münasibətin necə olduğu, Lavrov gedərsə, nələrin dəyişəcəyi və digər bu kimi məsələlər yenidən müzakirə mövzusuna çevrilib.

Beynəlxalq münasibətlər üzrə şərhçi Elşən Mustafayev deyir ki, Azərbaycanda Lavrovla bağlı müzakirələr, tənqidlər artıq neçənci dəfədir ki, gündəmə çıxır: “Sanki bununla demək istəyirlər ki, Dağlıq Qarabağ məsələsinin bu günə kimi həll olunmamasının əsas səbəbi Lavrovun erməni əsilli olmasıdır. Kökündən yanlış və bilərəkdən yaxud biməyərəkdən problemin həll olunmaması səbəblərini hədəfdən yayındıran fikirlərdir. Ümumiyyətlə, Rusiyanın xarici işlər nazirləri hər zaman dövlətin formalaşdırdığı xarici siyasəti nöqtəsinə və vergülünə toxunmadan yürüdən məmurlar olub. Son 19 ildə isə onlar konkret Putinin formalaşdırdığı siyasəti həyata keçirməklə məşğul olublar. Bu fəaliyyətlərində onların hər hansı özfəaliyyəti yolverilməz olub. SSRİ dağılandan bu günədək Rusiyanın 4 xarici işlər naziri olub. Onlardan ikisi Yeltsin dönəmində - Andrey Kozırev və Evgeni Primakov 1998-ci ilə qədər nazir olublar. Konkret həmin dövrkü prezident Yeltsinin yaxud onun komandasının xarici siyasət kursunu aparıblar.

Elşən Mustafayev: “Rusiya xarici işlər nazirləri hər zaman onun xarici siyasətini nöqtə-vergülünə toxunmadan yürüdüblər”

O ayrı məsələdir ki, Yeltsinin prezidentlik dövründə bu kurs çox vaxt oliqarxların və komandada olan siyasi nəhənglərin təsirləri ilə müəyyənləşirdi. Sonradan Putin Moskvaya gələndən sonra 1998-2004-cü illərdə Sergey İvanov və 2004-dən bu günə kimi isə Lavrov nazir vəzifələrini tutublar. Fikir verirsizsə, ən uzunömürlü nazir Lavrovdur və bildiyim qədər ilə Putin hələ ki, onu dəyişmək istəmir. Bu, o deməkdir ki, Lavrov illər ərzində Putinin qoyduğu kursdan kənara çıxmayıb və istəsə belə, çıxa bilməz. Onun gedib Ermənistanda qondarma abidəyə gül qoyması o anlama gəlməməlidir ki, Qarabağ probleminin həll olunmamasına səbəbkar odur. Kimin nazir olmasından asılı olmayaraq Rusiyanın problemə yönəlik siyasətində dəyişiklik olmayacaqsa, vəziyyət olduğu kimi qalacaq. Bu siyasəti isə son 19 ildə konkret olaraq Putin formalaşdırır . Yəni sabah Lavrov digəri ilə əvəz olunsa belə, siyasət dəyişməyincə vəziyyət eyni olacaq. Yox, əgər dəyişəcəksə, mən sizi əmin edirəm ki, Lavrov XİN naziri kimi erməniləri narazı salacaq həmin siyasəti aparmağa məcbur olacaq. Ona görə də hakimiyyətdə təmsil olunan istənilən rus siyasətçisinin , diplomatının hərəkətlərini, bəyanatlarını Putinin mövqeyi kimi qəbul etmək lazımdır. Şəxsən onun münasibətini və yanaşmasını dəyişmək isə əsas hədəf olmalıdır”.

Əhəd Məmmədli: “Rusiyada hər şeyi Putin həll edir, amma Lavrovun da Putinə müəyyən təsiri var”

Politoloq Əhəd Məmmədli Rusiyanın keçmiş xarici işlər nazirlərini bu cür təqdim etdi: “Yeltsin dövrünün xarici işlər nazirləri Andrey Kozırev və Evqeni Primakovu yada sala bilərik. Kozırev yumşaq xarakteri ilə yadda qalıb. Ümumiyyətlə, o vaxt Rusiya daha yumşaq və zəif mövqeyi ilə seçilirdi. İqtisadi böhran, defolt yaşayırdı. BVF-dən borc alırdı. Amma bütün bunlara rəğmən, ”Böyük 8-liy"ə daxil idi. Qərblə yaxşı münasibətlər qurulmuşdu. Bu yaxınlarda Rusiyanın indiki prezidenti Putin eks-xarici işlər naziri Kozırevı aşağlayıcı tonda tənqid etmişdi. Bir xarici işlər naziri kimi dişsizlikdə, zəiflikdə ittiham etmişdi. Kozırevin də Putinə cavabı sərt olmuşdu: “Bizim dövrdə Rusiya sivil dünyanın bir hissəsi idi, indi isə ”izqoy" dövlətlər sırasındadır". Primakova gəldikdə isə, bu adamın dərin dövlət, kəşfiyyat təcrübəsi var idi. PKK-nın qurucularından, 20 yanvar faciəsini təşkil edənlərdən biri idi. O, əli Osmanlı və Azərbaycan türkünün qanına batmış adamdır. Yeltsin Primakovu əvvəl xarici işlər naziri, sonra baş nazir təyin etmişdi. Baş nazir olan vaxtı Primakovun ən yadda qalan qərarlarından biri Yuqoslaviya böhranında Atlantik okeanı üstündən Vaşinqtona vitse-prezident Albert Qorla görüşə uçan təyyarəsini Moskvaya çevirməsi olmuşdu. Bununla Primakov müttəfiqləri Serbiyanın NATO tərəfindən bombalanmasına etiraz etmişdi. Həmin dövrlərdə Primakovun reytinqi çox qalxmışdı. Prezidentliyə əsas favorit sayılırdı. Sonradan rus oliqarxiyası, generaliteti və prezident Yeltsinin seçimi digər kəşfiyyatçı Vladimir Putinin namizədliyi üstündə dayandı. Təbii ki, Lavrovun erməni mənşəli olması Azərbaycana yönəlik öz mənfi sözünü deyir. Lakin indiki Rusiyada hər şeyi Putin həll edir, son söz onundur. Düzdür ətrafın liderə həmişə təsiri olur. O cümlədən Lavrovun da Putinə müəyyən qədər təsiri var. Amma yenə də deyirəm ki, Rusiya kimi böyük dövlətlərin siyasətini şəxslər deyil, əsrlərə söykənən sistem, vizion həll edir. Rusiyanın dövlət siyasəti, vizionuda Cənubi Qafqazda həmişə ermənilərin yanında olub. Bu yaxınlarda Putin Ermənistanı Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi adlandırmışdı. Lavrovun erməni mənşəli olması sadəcə, ermənilərin onsuz da güclü olan mövqelərini daha da gücləndirir".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Prezident İlham Əliyev Boris Consonu təbrik edib
13.12.2019
XİN: Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur
13.12.2019
Ukrayna prezidenti Azərbaycana gələcək
11.12.2019
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
11.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib