Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib

18:16  |    15 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Azəriqaz” maliyyə imkanlarını nəzərə alaraq “ITRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb.

Bu cür addım birliyin maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. “Smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də, belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin isə ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 faiz yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı
12.12.2019
Bakının “Ləhiş Bağları”na təbii qaz verilib
09.12.2019
Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıb
09.12.2019
Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir - VİDEO
05.12.2019
Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcək