Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6601

Digər sorğular

“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva

18:19  |    14 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Müğənni Könül Kərimova, Mirələm Mirələmov məni aldatdılar. Konsertimə gələcəyik dedilər, amma gəlmədilər”.

Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva bu yaxınlarda baş tutan konserti barədə danışarkən bildirib. Xanəndə bəzi sənət yoldaşları tərəfindən aldadıldığını söyləyib və yerli telekanallardan narazılıq edib.

“Bir neçə müğənni, o cümlədən Könül Kərimova, Mirələm Mirələmov konsertə gəlməyə söz vermişdilər, məni aldatdılar, gəlmədilər. Artıq neçənci dəfədir ki, belə edirlər. Gözüm yolda qaldı. Daha sonra efirlərdən çox narazıyam. Konsertimin anonslarını yerləşdirmək üçün güzəştə getmədilər. Çox yüksək qiymətlər dedilər. Halbuki bilirdilər ki, mənim buna gücüm çatmayacaq.

Anonslar olmadığına görə, biletlərimiz kassalarda qaldı, insanlar məlumatsız oldular. Son anda biz biletləri universitetlərə paylayıb, zalı doldura bildik. Digər tərəfdən Heydər Əliyev Sarayının rəhbəri Fərhad müəllim qiymət məsələsində güzəşt etmədi. Biz konsertdən götürdüyümüz pulla yalnız sarayın, ansamblın, rejissorun və kostyumların pulunu ödəyə bildik”.

Xanəndə konsertə görə 20 min manat borca düşüb: “3 ay əziyyət çəkdik, amma heç bir maddi gəlirimiz olmadı. Dəstəyi ancaq cüzi şəkildə, bir neçə şirkət tərəfindən min, iki manat dəyərində aldıq. Vüsalə Səid bizə dəstək oldu. İnternet portallarında anonsu qoydu, sarayın, ansamblın pulunu o reklamlardan çıxara bildik. Bunun hesabına 3 gün ərzində bilet sata bildik.

Yeri gəlmişkən, Səbailin icra başçısına təşəkkürümü bildirirəm. Şəxsən Vüqar müəllim bizə dəstək oldu. Nərimaov rayon icra hakimiyyətinə də minnətdaram. Düzdür, konsertimizdən iki ay qabaq biletləri götürüblər, hələ də verdiyimiz biletlərin pulunu ala bilməmişik, amma verəcəklər, söz veriblər. Konsertdən insanlar çox məmnun qaldılar. Saat 9-da bitməli olan tədbir, saat 12-nin yarısı yekunlaşdı. Heç kim getmək istəmirdi. Nuridə Qurbanova konsertdən 2-3 gün öncə məni qəbul etdi, psixoloji baxımdan təmasda olduq”.

Xalq artisti may ayında da konsert verməyi planlaşdırır: “İndi tanınmış müğənni ilə duet hazırlayıram. Klip də çəkdirəcəyik, efirlərdə oxuyacağıq. İfa etmədiyim nə qədər xalq mahnıları varsa, onları ifa edib, lentə köçürəcəyəm, May ayında yenidən konsert vermək istəyirəm. Səhhətim əladır. Heç nə pulla ölçülmür. Bizim çox gözəl mənəvi dostlarımız var. Mən heç də pis olmuram. Alınar da, alınmaz da. Yetər ki, canımız sağ olsun, ayaqda olaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.12.2019
Evini satışa çıxaran Xalq artisti: “Anam bizi tanımır”
09.12.2019
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO