Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7000

Digər sorğular

Sahil Babayev Kürdəmirdə vətəndaşlarla görüşəcək

13:09  |    14 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Noyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a bildirilib ki, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq noyabrın 26-dək qəbula yazıla bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.08.2020
Mağazalar açıldı - "Mall"ların fəaliyyəti isə bərpa olunmayacaq
10.08.2020
Bu gündən bu sahələrin fəaliyyətinə icazə verildi - SİYAHI
10.08.2020
Bu gündən şəhər və rayonlara bu 3 halda getmək mümkün olacaq - RƏSMİ
10.08.2020
Bu gündən xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
09.08.2020
Bakının bu hissəsində koronavirus daha çox yayılır — RƏSMİ