Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6667

Digər sorğular

Şəhid qızı Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO

20:38  |    13 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova "Xalq Bank"da girovda olan mənzili ailəsinə geri qaytardığı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

"Report"a danışan N.Cəfərova bildirib ki, anasının müalicəsi üçün 2014-cü ildə Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla "Xalq Bank"dan kredit götürüb. Amma sonradan iki devalvasiya nəticəsində o, kredit borclarını ödəməkdə çətinlik çəkib. Belə olan təqdirdə, kredit ödənilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə onun "Xalq Bank"da girovda olan mənzili hərraca çıxarılıb.

Bundan sonra N.Cəfərova məsələni ictimailəşdirmək qərarına gəlib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə onun girovda olan mənzili geri qaytarılıb. Həmçinin kreditin qalan borcları da Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ödənilib.

N.Cəfərova bildirib ki, həmin ev 1994-cü ildə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev tərəfindən atasının şəhid olduğuna görə verilib. Şəhid qızı həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə anasının sentyabr ayında əməliyyat olunduğunu da vurğulayıb.

"Sentyabrın 10-da anam ikinci dəfə əməliyyat olunub. Birinci vitse-prezident Mehriban Əliyeva iki ay ərzində mənə iki böyük yaxşılıq etdi. Anamı və evimi mənə qaytardı. Mehriban xanım bizə göstərdiyi diqqət və qayğı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti şəhidinə böyük diqqət göstərir", - deyə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova deyib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Xocalı faciəsinin canlı şahidi, Qarabağ qazisi Familə Novruzova dünyasını dəyişdi
27.01.2020
DİN və Baş Prokurorluq Zamin Salayevlə bağlı birgə məlumat yayıb
27.01.2020
Yol polisi sürücüləri "tələ"yə salır? - VİDEO - RƏSMİ AÇIQLAMA
27.01.2020
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb - QİYMƏT
24.01.2020
Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb