Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6603

Digər sorğular

Unudulmuş şəhid məzarları ilə bağlı Prezidentə MÜRACİƏT

18:16  |    12 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bir qrup müharibə, əlil və şəhid ailləri, Qeyri Hökumət Təşkilatları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olaraq el məzarlığlarında dəfn olunmuş şəhid məzarlarını təmir olunması və məzarlıqlarının əsas giriş qapısında xatirə güşəsinin düzəldilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edildi.

Qaziler.az bildirir ki, bir qrup müharibə, əlil və şəhid ailləri, Qeyri Hökumət Təşkilatları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olaraq el məzarlığlarında dəfn olunmuş şəhid məzarlarını təmir olunması və məzarlıqlarının əsas giriş qapısında xatirə güşəsinin düzəldilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edildi.

Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənablarına

Hörmətli Cənab Prezident!

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”.

Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan bu nsanlara dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanmışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğı Sizin tərəfinizdən davam etdirilir.

Bu məqsədlə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “15” may 2019-cu il tarixdən, “15” oktyabr 2019-cu il tarıxinə kimi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini Bakıda və ayrı-ayrı regionlarda həyata keçirtmişdir.
Həyata keçirilən layihənin məqsədi, Bakıda və rayonlarda, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi, qorunub saxlanması uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün düzəldilmiş abidələrin, xatirə güşələrinin vəziyyətlərinə manitoring edərək, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaq olmuşdur.

Hörmətli Cənab Prezident!

Sizə məlumat üçün bildiririk ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.

Həyata keçirilən layihə çərçivəsində, Bakının, Səbail, Yasamal, Xətai, Nizami, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin, Hacıqabul, Lənkəran, Astara, Lerik rayonlarının el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum oldu ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qurumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.
Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarələrinin və məzarlıqlara baxan adiyyətlı qurumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur.

Müharibə şəraitində olan ölkəmizdə Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı adiyyəti qurumların və vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir göstərir.

Bu da şəhidlərimizə qarşı sayğısızlıq və biganəliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına mənfi təsir göstərir.

Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.

“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nöqteyi nəzərdən, həm də bəşəri cəhətdən şərəfli və müqəddəs yolçulardır. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların adı daima qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimiz də yaşayırlar və yaşayacaqlar!

Buna görə də, Azərbaycanın bütün el məzarlığlarında, Türkiyyə Respublikasında olduğu kimi, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün xatirə güşələri düzəldilərək onların üstündə Azərbaycan bayrağı ucaldılmalı və bələdiyyə idarələri tərəfindən daima nəzarətdə saxlanılaraq şəhidlərimizə vətəndaşların sayğısı artırılmalıdır.

Bu məqsədlədə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin yekunu olaraq, 13 sentyabr 2019-cu il tarıxində, adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid aillərinin birgə iştirakı ilə dəyirmi masa keçirərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və məzarlığlarının əsas giriş qapsında xatirə güşəsinin düzəldilməsi üçün, dəyirmi masa iştirakçıları adından Sizə müraciət qəbul olunmuşdur.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid ailələri, müharibə əlilləri və veteranları adından Sizdən xahiş edirik ki, el məzarlıqlarında dəfin olunmuş şəhid məzarlarının təmir olunması və məzarlıqlarının giriş qapısı önündə şəhidlərin xatirə güşəsinin düzəldilməsi üçün müvafiq sərəncam verəsiniz.

Əvvəlcədən Sizə şəhid ailələri, müharibə əlilləri və veteranları adından öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,
1. Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti,
“Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək
mərkəzinin” direktoru Sərraf Orucov.

2. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev.

3. Azərbaycanın Respublikası Milli Qəhramanların Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı.

4. "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev

5. "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə

6. “Respublika Şəhid aillərinə Qayğı Cəmiyyəti” İctimai birliyinin sədri Müşfiq Əliyev

7. “Vətən Müharibəsi Əlillərinə Kömək “ İctimai Birliyinin sədri Qurban Məmmədov

8. “Qürur Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Naibə Behbudova

9. Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnfişaf Fondunun prezidenti Ədalət Məhərrəmov.

10. "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyinin sədri Növrəstə Yusifova

11. "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai Birliyinin sədri Əzizağa Qənizadə

12. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev.

13. “Respublika Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov.

14. "Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyinin sədri Vahid Abbasov.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.12.2019
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb
13.12.2019
Saxta “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadan şəxs ifşa olunub
13.12.2019
Nazirlik daha 50 əlilə avtomobil verdi
13.12.2019
Prezident İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
13.12.2019
Sabahın HAVA PROQNOZU - ÇƏTİR GÖTÜRÜN