Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas

22:30  |    09 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Parlament bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas danışıb. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:

“Çünki bu vaxta qədər mən nə işdən çıxan adamın arxasınca danışmışam, nə də yazı yazmışam. O, vəzifədə olarkən mən parlamentdə bayrağın hansı formada asılmasının daha doğru olduğunu bildirmişəm. Baş nazirin hüququ yoxdur ki, bayrağın necə asılması haqqında qərar qəbul etsin. Çünki bayrağın hansı formada asılması haqqında parlamentdə qanun qəbul olunub. Keçmiş baş nazir Artur Rasizadənin olduğu dövrdə də bayrağın hansı formada asılması barədə parlamentin qəbul etdiyi qanuna əsasən təsdiqlənib. Novruz müəllim gəldi, dörd-beş ay bundan qabaq qəfil qərar verdi ki, bayraq bu cür asılmalıdır. Qardaş, bir qərar verirsənsə, bunu əsaslandırmalısan ki, bu bayraq niyə bu cür asılacaq. Axı, sən onu əsaslandırmamısan. Bu deyir bu cür asaq, ayrı bir baş nazir gələndə də deyəcək ki, çevirək bu cür asaq. Belə qanun ola bilməz. Qanun bir dəfə qəbul olunur. Eyni zamanda, əsaslandırılır”.



Aqil Abbas bildirib ki, ilk olaraq, millətdir, ardınca çağdaşlıqdır, sonra İslamdır. Bayraq da bu cür asılmalıdır:

“Yazıda da bu cür sıralama var. Soldan sağa yazırıq, yuxarıdan aşağıya doğru sıralayırıq. Bayraq da bu cür asılmalıdır. Yəni, birinci göy rəng - millət olmalıdır. Millət olanda din var idi?! Şumerlərdən üzü bəri on min ildir ki, bu millət var və formalaşıb. Varlığımızın rəsmi tarixi təxminən bu cür götürülür. İndi nə oldu? Yenə də millət birinci olmalıdır. Mən bu sözü demişəm və yenə də sözümün üstündəyəm. Yəqin hörmətli baş nazir Əli Əsədov Novruz müəllimin bir çox qərarlarını ləğv edəcək”.

Qeyd edək ki, keçmiş baş nazir Novruz Məmmədov ötən il iyunun 22-də verdiyi qərarla bayrağın asılması qaydasına dəyişiklik edib. Keçmiş baş nazirin qərarına əsasən, bayrağımızın şaquli vəziyyətdə, yaşıl rəng solda olmaqla asılması qaydası təsdiq edilib. Bundan əvvəl isə əksinə olaraq, mavi rəngin solda olması qaydalarda öz əksini tapmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır"
07.12.2019
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
07.12.2019
UNEC-də “Vətən məndən başlanır” sosial layihəsinin təqdimatı keçirilib
06.12.2019
Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək
06.12.2019
Rəmişdən ermənilərlə bağlı gözlənilməz ifadə - "Onlar da bizim balalarımızdır..."