Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO

19:09  |    09 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Milli Məclisin deputatı Aydın Mirzəzadə “Facebook” səhifəsində təsirli paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, deputat paylaşımında qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibətilə verilişə dəvət edilib. Verilişə təsirli şəkil və mətn göndərilib.

Mətndə isə bu sözlər yazılıb:

“Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

R.Atakişiyev avqustun 21-1 II Fəxri xiyabanda torpağa tapşırılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - FOTO
12.11.2019
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - Video
12.11.2019
Qaziləri yenə döydülər - Bu dəfə Şeyxin yaxını "Hökməli Qoç"un adamları - VİDEO
12.11.2019
Unudulmuş şəhid məzarları ilə bağlı Prezidentə MÜRACİƏT
12.11.2019
Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü