Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Rusiya XİN: Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfəri şəxsi xarakter daşıyıb

19:08  |    08 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanatında yer alıb.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunur.

“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”,- Rusiya XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
Gecə mövqelərimiz atəşə tutulub
08.11.2019
3 həmsədrə 4 nota və... BMT-nin reallaşmayan 4 qətnaməsi
08.11.2019
"Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır" - BƏYANAT
08.11.2019
Gecə mövqelərimiz atəşə tutulub
07.11.2019
Rəsmi Bakı Almaniyadakı erməni təxribatına etiraz etdi