Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6779

Digər sorğular

Azərbaycan alimi ikiarvadlılığı dəstəklədi - VİDEO

17:55  |    08 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Sabir Tağıyevin (Əlihüseynli) “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində səsləndirdiyi fikirlər qalmaqala səbəb olub.

Oxu.Az xəbər verir ki, sözügedən verilişdə ikiarvadlılıq mövzusu ətrafında söhbət açılıb.

Rusiyadan qızının atasının arxasınca gələn Svetlana adlı rus qadının ailə dramı müzakirəyə çıxarılıb. Svetlananın axtardığı Yusifin isə xalası qızı ilə evli olduğu ortalığa çıxıb. Ekspert qismində iştirak edən fəlsəfə doktoru S.Tağıyev verilişdə “Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar” deməsi tamaşaçılar tərəfindən etirazla qarşılanıb.

O, dilə gətirdiyi sözlərlə ikiarvadlılığı dəstəkləmiş olub. Canlı efirdə tamaçıların hay-küyünü görən alim ailəsi haqqında ağılları qarışdıracaq açıqlamalar verib:

“İki arvadla yaşayan azərbaycanlı kişilər az olub? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nə olub? Göydən daş düşməyib ki?”

Alimin bu sözləri proqramın aparıcısı Xoşqədəm Hidayətqızını heyrətləndirib. Sosial şəbəkə əhli isə fəlsəfə doktoru Sabir Tağıyevin bu fikirlərinin yanlış olduğunu yazaraq, onu tənqid ediblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.03.2020
"Ölmək istəyirsinizsə, boğazınıza kəndir salın, mən yaşamaq istəyirəm!" - Xalq artisti ÜSYAN ETDİ - FOTO
29.03.2020
Koronavirusdan ölən şəxslərin dəfni ilə bağlı RƏSMİ açıqlama
29.03.2020
Azərbaycanda nazirliyin bu səlahiyyəti ləğv edildi
29.03.2020
Azərbaycanın bu bölgəsində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA
29.03.2020
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur