Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Rasmussen ifadə verəcək

17:00  |    04 İyun 2015  |   E-mail  |  Çapa göndər

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Danimarkanın baş naziri olduğu vaxt verdiyi qərara görə ifadəyə çağrılıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Danimarkanın yeni hökuməti tərəfindən 2012-ci ildə yaradılmış İraq-Əfqanıstan Araşdırma Komissiyası Rasmussenlə yanaşı, sabiq xarici işlər naziri Per Stiq Möllerin, Xarici İşlər Nazirliyinin müşaviri Friis Arne Petersenin və digər yüksək vəzifə tutmuş məmurların da istintaqa cəlb edilməsinə qərar verib.

Araşdırma komissiyasının qarşısına qoyulan məqsəd Danimarkanın Əfqanıstan və İraq müharibələrinə necə cəlb edilməsini üzə çıxarmaqdır. Adları çəkilən şəxslər noyabr ayından etibarən dindiriləcək.

Qeyd edək ki, Danimarkanın İraq müharibəsinə qoşulması bu ölkədə böyük müzakirələrə səbəb olmuşdu. Həmin vaxt Rasmussen Səddam Hüseynin nüvə silahına sahib olduğunu demişdi və ölkəsinin bu müharibəyə qoşulmasına çalışmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Belarus prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqladı
14.08.2020
13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ
14.08.2020
Paşinyan BBC-nin efirində pis vəziyyətə düşdü - VİDEO
14.08.2020
Hindistanda COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir
14.08.2020
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi