Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6666

Digər sorğular

APOEL - "Qarabağ": Heyətlər açıqlandı

21:12  |    07 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində APOEL - “Qarabağ” klubları arasında noyabrın 7-də keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Kiprin Nikosiya şəhərindəki “GSP Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxacaqlar.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Judo Club 2012”: karateçilər də ilə uğurla başladılar
21.01.2020
Sabiq komandirin nəvəsi çempion oldu
18.01.2020
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18.01.2020
Rusiyalı idmançı millimizdən qovuldu
14.01.2020
Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”