Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

20:03  |    07 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Ölkəmizə səfərə gəlmiş Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin və onun 1 saylı DOST
mərkəzinin fəaliyyəti ilə tanış olublar.

ƏƏSMN-dən Qaziler.az-a verilən məlumata görə, nümayəndə heyəti Agentliyin fəaliyyətini, DOST mərkəzdə əhaliyə göstərilən xidmətləri nəzərdən keçiriblər. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri, burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.

Qardaş ölkənin nümayəndə heyəti Mərkəzdə şahidi olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəssüratlarını ifadə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi