Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Rəsmi Bakı Almaniyadakı erməni təxribatına etiraz etdi

16:12  |    07 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuatda Almaniyanın “EuroSchein-Souvenir GmbH” şirkətinə məxsus internet səhifəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginaslarının buraxılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Qaziler.az bildirir ki, XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyi dərhal sözügedən şirkətin icraçı direktoru ilə əlaqə saxlayıb və ona etiraz məktubu ünvanlayıb.

“Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejim və bu ərazilərdəki qanunsuz fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub. Müqabil tərəf müraciətimizə dərhal reaksiya verərək, yazılı cavab məktublarında buraxdıqları səhvə və səbəb olduqları narahatlığa görə üzr istəyib, müvafiq suvenir əsginasların dizaynının onlar tərəfindən deyil, lisenziya əsasında fəaliyyət göstərən digər şirkət tərəfindən tərtib olunduğunu bildiriblər. Buna baxmayaraq, müraciətimizdən sonra məsələnin aidiyyəti üzrə müzakirə edildiyi qeyd olunub və müvafiq suvenirlərin istehsal edilməməsi və bu barədə məlumatın (“link”in) internet səhifəsindən silinəcəyi vəd olunub. Qeyd etmək istərdik ki, sözügedən məlumat artıq alman şirkətinin internet səhifəsindən silinib”, - deyə məlumatda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanat yayıb
04.07.2020
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinin üçüncü ildönümü Türkiyə mətbuatında - VİDEO
04.07.2020
Milli Qəhrəman Tabil Həsənovun doğum günüdür
03.07.2020
Kürəyindən vurulan Milli Qəhrəman - FOTO
03.07.2020
“Füzulimi yaddaşlara köçürən son oğlan...” - İqbal Ağazadə Etibar Babayevlə bağlı XATİRƏSİ