Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Həbsdə olan Qarabağ qazisinin qızının durumuna aydınlıq gətirildi

13:05  |    07 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Hazırda həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin şəkərli-diabet xəstəliyindən əziyyət çəkən qızı Esmira Yusifovanın durumuna aydınlıq gətirilib.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov "Report"a açıqlamasında deyib ki, 1998-ci il təvəllüdlü E.Yusifova saat 15.45 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

O bildirib ki, xəstə birincili tibb-şəkər xəstəsidir: “Bu da anadangəlmə olur və daim insulindən istifadə edirlər. Görünən odur ki, xəstə müalicəsini düzgün şəkildə aparmayıb. Dünən qanda şəkəri yüksəlib və hiperklinik vəziyyətlə, yəni qanda şəkərin miqdarının yüksək olması diaqnozu ilə xəstəxanamıza gətirilib. Dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lazımi adekvat tibbi tədbirlər aparılıb, vəziyyəti stabilləşib. Nə dünən, nə də bu gün komada olub, huşu aydındır. Bir sözlə, xəstədə ciddi narahatlıq yoxdur”.

B.Məmmədov əlavə edib ki, xəstənin müalicəsi Reanimasiya şöbəsində dinamik müşahidə altında davam edir: “Bir müddət nəzarətimiz altında qalmalıdır. Səhhəti tam stabilləşdikdən sonra planlı şəkildə xəstəliyinə uyğun tibb müəssisəsinə köçürəcəyik”.

Bizi narahat edən məqam isə xəstənin anası və digər yaxın qohumlarının həkimlərimizə olan aqressiyasıdır. Bizi təhqir edirlər, üzərimizə hücum çəkirlər. Hətta dünən gecə saatlarında xəstənin iki-üç nəfər içkili qohumları zorakılıqla Reanimasiya şöbəsinə giriblər. Növbətçi həkimlər dəfələrlə onlara xəbərdarlıq edib ki, səs-küy salaraq şöbədə dayanmaq olmaz. Çünki xəstənin vəziyyəti stabildir və şöbədə çox sayda ağır xəstələr müalicə alır. Bu şöbədə müalicə alan ağır xəstələri narahat edir. Ona görə də məsələ tərəfimizdən aktlaşdırılıb".

Qeyd edək ki, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılan E.Yusifova orada yaxşı olduğunu əsas gətirərək təklif olunan müayinə və müalicədən imtina edib və ötən gün iltizamnamə yazaraq evə gedib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb
18.11.2019
Tofiq Yaqublu azadlığa buraxılıb
18.11.2019
"Azəriqaz": Bakıda 10 massivdə qazlaşma işləri davam edir
18.11.2019
Məşhur şadlıq sarayında kütləvi zəhərlənmə: Bəy və gəlinin halı pisləşdi