Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Dövlət Bayrağı Günü münasibətilə Nərimanovda tədbir keçirilib

17:36  |    06 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qaziler.az bildirir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Aparatının yüksək rütbəli zabitləri və Nərimanov rayon idarəsinin şəxsi heyətinin, Gənclər Fondunun, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranlarının, orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Himni ifa olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən söz açıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı məqsədilə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirin milli dövlətçilik atributlarının təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının qəbul edilməsi prosesindən danışıb, həmin bayrağın bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildiyini diqqətə çatdırıb.

General-mayor Zaur Abdullayev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən ordu quruculuğu siyasətinin, aparılan islahatların ölkəmizin, Silahlı Qüvvələrimizin qüdrətinin daha da artmasına, beynəlxalq arenada iradəmizi daha ciddi nümayiş etdirməyimizə stimul olduğunu bildirib.

Tədbirdə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə Nərimanov rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə 177 saylı orta məktəbin 9-cu sinif şagirdi Adilə Ağazadə, 2-ci yerə 207 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayşə Ocaqverdiyeva, 3-cü yerə isə 82 saylı orta məktəbin 8-ci sinif şagirdi Leyla Əbdürəhimbəyova layiq görülüblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri və aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev tərəfindən qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, Nərimanov rayon özfəaliyyət kollektivinin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi