Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Həyat yoldaşı: Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib

15:39  |    06 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bakıda avtomobil qəzasına düşən hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Bu barədə Trend-ə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva özəl olaraq məlumat verib.

O bildirib ki, hazırda O.Gülalıyev xəstəxanaya yerləşdirilib:

"Oqtayı İstanbul Avrasiya Xəstəxanasına yerləşdirdik. Həkimlərə təhvil verdik. Yolboyu səhhətində ciddi problem olmayıb. Həkimlər hələ ki, hər şeyi normal qiymətləndirirlər".

Xatırladaq ki, Oqtay Gülalıyev bu gün səhər saatlarında xüsusi təyyarə ilə İstanbula yola salınıb.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Atəşkəs yenə pozulub
04.07.2020
Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - VİDEO
04.07.2020
Həkimdən sərt sözlər: Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm
04.07.2020
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ
04.07.2020
Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı: “Mənə irad bildirənin...“