Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

İran kanalında azərbaycanlılar təhqir olundu

16:46  |    05 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


İran çempionatında "İstiqlal”la görüşdən sonra "İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın "Traxtur” klubun azarkeşlərinin davranışını müzakirə ediblər.

Qaynarinfo GünAz TV-yə istinadən xəbər verir ki, onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr adlandırıb. Verilişdə dünya üzrə məşhur olan komandanın cəzalandırılması da tələb olunub.

Bu hadisə Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub. O, bu barədə İran Teleradio Şirkətinin rəisi Dr. Əli Əsgəriyə etiraz məktubu ünvanlayıb.

"Verişin qonağı "Traktor” tərəfdarlarının ünvanına yersiz və təhqiramiz ittihamlar səsləndirdi. Lazım gələrsə, bu məsələyə qanun çərçivəsində baxıla bilər. Verilişdə təxminın 100 min azarkeş və milyonlarla televiziya tamaşaçısı düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr kimi qiymətləndirildi. Əgər söhbət barmaq sayısında olan müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün "Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi?! Onlar şəhid ailələrini aşağılamışdı.

Nə üçün Tehran stadionlarında müqəddəslər təhqir olunduğu və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə analizlər ortaya çıxmır?! Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənilməsi etnik zəmində nifaq salmaq və milli birliyə xələl gətirməkdən başqa heç nə deyil. Futbol idmanı və hətta Tehranın hökumətə bağlı komandalarının Təbriz və Azərbaycana mənəvi borcu var. Azarkeşlər stadionları küsərək tərk etdiyi zaman "Traktor” tərəfdarlarının aktivlik göstərməsi idman meydanlarını yenidən canlandırdı" deyə məktubun bir hissəsində qeyd olunub.

Millət vəkili məktubun sonunda Teleradio Şirkətindən Azərbaycan əhalisi və "Traktor” tərəfdarlarını aşağılamağa son qoymasını istəyib: "Söhbət qanunu pozan komanda oyunçuları və ya azarkeşlərin müdafiə etməsindən getmir. Əsas məsələ odu ki, bəzi komandaların hökumətə bağlı olması və Futbol Federasiyasının ayrı-seçkiliyə yol verməsi görünən çaxnaşmalara səbəb olur. Bu səbəblər aradan qalxarsa, problemlər də öz həllini tapar və stadionlarda əxlaqlı davranışa şahid olarıq".

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır