Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"

15:34  |    05 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


“Ötən il Türkiyə lirəsinin məzənnəsinə güclü hücum olmasına baxmayaraq, milli gəlirimizi 790 milyard dollar səviyyəsində saxlamağı bacardıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Ölkəmizi digər sahələrlə yanaşı, iqtisadiyyatı da irəliyə apardıq. 2003-2018-ci illər arasında iqtisadiyyatımızı orta hesabla 5,6 faiz böyütmüşük. İxracata görə dünyanın 13-cü ən böyük iqtisadiyyatına malikik. Türkiyə hazırda iqtisadiyyatı inkişaf etmiş 20 ölkə arasındadır.

Hakimiyyətimiz dövründə 9 milyon insanı yeni işlə təmin etdik və məşğulluq rəqəmini 29 milyona çatdırdıq. İxracatımızı 36 milyard dollardan 171 milyard dollara qədər artıraraq, ümumi ticarətin həcmini 180 milyard dollara çatdırdıq. Tariximizdə ilk dəfə olaraq cari balansımız 5 milyard dollar civarında profisit verdi. Bu cari tarazılıq problemini terrorizmlə mübarizə qədər kritik bir yaşamaq problemi olaraq görürük. Ona görə də bu məsələdə qətiyyətli mövqeyimizi sona qədər davam etdirəcəyik”, - Ərdoğan vurğulayıb.

R.T.Ərdoğan Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəyə də toxunub. O deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacağıq: “Heç kim bizdən bunu dayandıracağımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımızı qətlə yetirib. Ancaq ABŞ və Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən (inkişaf etməkdə olan 20 ölkə) yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz “Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.

R.T.Ərdoğan Türkiyənin terrora qarşı mübarizə aparıb, ən çox itkilər verən dövlət olduğunu vurğulayaraq, bu istiqamətdə uğurlar əldə etdiklərini deyib: “On minlərlə günahsız vətəndaşımız və məmurumuz terrorçular tərəfindən qətlə yetirilib. Diyabakırdakı əyalət təşkilatını niyə tərk etdiniz? Niyə oradakı analarla görüşmədiniz? Çünki işinizə yaramır. Siz ikiüzlü də deyil, çoxüzlüsünüz.

Əsgərimizi geri çəkirik dedilər. Çəkdilərmi? Xeyir! Noyabrın 4-də hökumətin toplantısına biz mövqeyimizi qəti şəkildə ifadə etdik. Bunlar onsuz da İŞİD-lə bərabər hərəkət edirlər. Biz isə 3 min İŞİD terrorçusunu məhv etdik.

Bizə adi bir tapançanın satışını belə əngəllədilər. Madam ki, strateji müttəfiqik, bizə qarşı niyə belə hərəkət edirsiniz? Hava hücumundan müdafiə sistemini bizə satmadılar. Gedib, Rusiyadan "S-400" Zenit-Raket Kompleksi aldıq. "F-35" layihəsindən bizi sıxışdırmaq istəyirlər. Bunun da alternativi var. Təki pulun olsun. Bu da azmış kimi indi də tarixlə bizə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq, "Barış pınar"ı əməliyyatını davam etdiririk. Parlamentlərində heç bir hüquq əsası olmayan qərarlar qəbul edirər. Qəzetlərində Türkiyəyə qarşı yazılar yazırlar. PKK/YPG-PYD terrorçu kimi qəbul edilməyənədək əməliyyat davam edəcək. İndi İŞİD-i özləri yaratdıqlarını etiraf edirlər".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"
18.11.2019
Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
18.11.2019
İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”
18.11.2019
Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var - YENİLƏNİR
18.11.2019
Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ