Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Cəmi 22 il yaşaya bilən Şıxbabalı şəhidinin 50 yaşı tamam olur

11:03  |    05 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Ağdamın Şıxbabalı kəndində doğulub Cəvahirlidə şəhid olan Niyazi Hüseynovun doğum güdür - 50 yaşı olacaqdı

Bu barədə onun qardaşı Rafiq Ağdamlı öz feysbuk səhifəsində qardaşına həsr etdiyi şeiri paylaşıb.

Qaziler.az şəhid qardaşının paylaşımını təqdim edir:

"Uca Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Bu gün şəhid qardaşım Niyazi Saleh oğlu Hüseynovun 50 yaşı tamam olur. O, 1969-cu ilin noyabr ayının 5-də Ağdamın Şıxbabalı kəndində anadan olub. Sovet ordusunda - Saxalin adasında 2il hərbi xidmət keçib.

Niyazi Saleh oğlu Hüseynov 22 yaşından könüllü olaraq milli ordumuzun sıralarına qoşulur. Şərəfli döyüş yolu keçən Niyazi Ağdamın, Əskəranın, Ağdərənin müdafiəsində iştirak edir. Döyüş silahı peka pulemyot olmuşdur. 1993-cü ildə bölük komandiri təyin olunur. 1994 cü ilin aprel ayının 18-də Ağdamın Cəvahirli kəndi uğrunda gedən döyüşdə öz döyüş dostları ilə birlikdə düşmən mühasirəsinə düşürlər. Onlarla düşmən tankı, texnikası yüzlərlə erməni və rus faşistlərii əhatəsində son ana qədər döyüşürlər. Şahidlərin dediyinə görə düşmən tankı Niyazının üzərinə şiğayan vaxt o özünü və tanki partladır və beləcə vətən naminə qəhrəmancasına şəhid olur. Allah rəhmət eləsin şəhid qardaşıma.

50 YAŞLİ ŞƏHİD QARDAŞ
(Bədahətən)

Əlli yaşlı şəhid qardaş,
Yoxluğuna alışmadım.
Dərdin məni hey göynətdi,
Sənsiz itib həyat dadım.

Dərdinə sızladı anam,
Göz yaşını gizlədərək.
Gəncikən qoparıb getdi,
Bizi ayrı saldı fələk.

Gəzdi səni çox gözlərim,
Nəfəsini duymaq üçün.
Bəzən aşkar, bəzən gizli,
Ağlayiram için-için.
5.11.2019"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İşğalçı “Hərb, yoxsa sülh” dilemması qarşısında - danışıq xətrinə danışıq dövrü bitib
22.11.2019
Atəşkəs rejimi yenə pozulub
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...