Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Fransız tarixçi erməniləri ifşa etdi: Terrorçu Njde...

18:26  |    04 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) saytında “Njdeizm Ermənistanda hələ də rəsmi olaraq yaşadılmaqdadır” sərlövhəli elmi məqalə yayılıb.

Azərtac xəbər verir ki, tanınmış fransız tarixçi Maksim Qauinin müəllifi olduğu məqalədə belə bir fikir yer alıb: 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o, müqavimət göstərməyə çaşdısa da, özünü təkzib etdi.

Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən terrorçu Qaregin Ter-Arutyunyanın cinayət dolu həyat və fəaliyyəti barədə türkdilli oxuculara məlumat verən müəllif adıçəkilən cinayətkarın əməllərini təhlil edərək əsaslandırır ki, Njde təkcə faşistlərlə əməkdaşlıq edənlərdən deyil, həm də alman əsilli olmayanlar üçün faşist doktrinasının hazırlanmasında ən çox səy göstərənlərdən biri olub. Tədqiqatçı təəssüflə qeyd edir ki, faşistlərlə əməkdaşlıq edən tanınmış şəxslər arasında təkcə Njde dövlət qurumları (Ermənistan) tərəfindən “milli qəhrəman” kimi təqdim olunur.

Məqalədə faktlarla əsaslandırılır ki, Njdenin faşist düşüncələri 1998-2018 illərdə Ermənistanda dövlət ideologiyasına çevrilib. Buna qədər isə 1991-ci ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Yerevanın ən böyük ikinci meydanına və onun altında yerləşən metro stansiyasına Njdenin adını verib.

Qeyd edək ki, Maksim Qauin 1915-ci il hadisələrini ədalətli şəkildə araşdıran avropalı tədqiqatçılardan biri kimi erməni saxtakarlığının ifşa edilməsində böyük işlər görüb. Tədqiqatçının ifşaedici yazıları hər zaman Ermənistan hakimiyyətini və erməni millətçi dairələrini narahat edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"
18.11.2019
Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
18.11.2019
İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”
18.11.2019
Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var - YENİLƏNİR
18.11.2019
Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ