Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

“Zelenskini devirməyə çalışırlar” - Sabiq nazir

10:31  |    04 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Ukrayna Prezidenti Vladimir Zelenskini devirməyə çalışırlar.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin keçmiş ədliyyə naziri Yelena Lukaş "112 Ukrayna" kanalının efirində bildirib. Onun sözlərinə görə, bəzi siyasi qüvvələrdən Prezident Zelenskini devirmək üçün istifadə etmək istəyirlər. Bunun səbəbi isə Donbasla bağlıdır.
Keçmiş nazir hesab edir ki, sülhyaratma prosesi təslim olmaq kimi başa düşülə bilər. O, eyni zamanda vurğulayıb ki, hazırda Zelenskinin təhlükəsizlik qüvvələri yoxdur.

"Zelenskini devirməyə çalışırlar. Səbəbi gözəldir: təslim olmaq", - deyə eks-nazir vurğulayıb.

Qeyd edək ki, oktyabrın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Donbas münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin iştirakçıları ilə “Ştaynmayer formulu”na razılıq verdiklərini açıqlamışdı. Almaniyanın keçmiş xarici işlər naziri və hazırki prezidenti Frank Valter Ştaynmayer tərəfindən irəli sürülmüş “Ştaynmayer formulu” mərhələli şəkildə Donbas münaqişəsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər planıdır və ilkin mərhələdə Donetsk və Luqansk əyalətlərinə xüsusi statusun verilməsi nəzərdə tutulur.

Zelenskinin bildirdiyinə görə, xüsusi statusla bağlı bu ilin sonunadək qanunvericilik aktı hazırlanacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Rəcəb Tayyib Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq
14.11.2019
Müdafiə naziri Rusiyanı düşmən adlandırdı
14.11.2019
Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb
14.11.2019
Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - VİDEO
13.11.2019
Ağ Evdə Trampla Ərdoğanın görüşü: S-400 və F-35-ləri danışacağıq - Tramp - VİDEO